Tibbi yardım üçün mobil tətbiqetmə hazırlanıb Dekabr 16, 2019 | 10:56 / Texnoloji yeniliklər

Başqırdıstan Dövlət Tibb Universitetinin tələbələri Bajena Kurzova və İvan Karşakeviç həkimlərə təcili olaraq gediş-gəliş etmək və fövqəladə vəziyyətlərdə zərərçəkənlərə kömək göstərməyə imkan verən mobil tətbiqetmə yaratdılar.

Layihənin ideya rəhbəri İ.Karşakeviç qeyd edir ki, bu layihə təxminən 3 il əvvəl BDTU-nun hərbi tibb fakültəsində əsgərlərə və təcili tibbi yardıma tibbi dəstəyin təşkili şöbəsində ərsəyə gəlib.

Mütəxəssislərin fikrincə, bu tətbiqetmə zərərçəkənlərə lazım olan bütün yardımları göstərəcək və həmkarlarının hərəkətlərini təkrarlamamaq üçün təcili vəziyyətdə işləyən həkimin etməli olduğu işlərin alqoritmi olacaq.

Yeni tətbiqetmədən istifadə etməklə xəstələrin hər birinin vəziyyətini tez bir zamanda qiymətləndirmək mümkün olacaq. Həkim müraciəti açıb hərəkətlər alqoritmini aldıqdan sonra göstərilən manipulyasiyaları həyata keçirir və zərərçəkmiş haqqında tətbiq məlumatlarını doldurur. Tətbiq insanın vəziyyətini orta, ağır və ya qənaətbəxş olaraq qiymətləndirə bilir. Həkim müayinə olunan xəstəni şərti etiketlə qeyd etdikdən sonra növbəti xəstənin müayinəsinə davam edir və köməyə gələn digər həkimlər həmkarının artıq kimləri müayinə etdiyini, eləcə də edilən ilkin tibbi yardımın növünü bilir.

belta.by saytının məlumatına görə, tətbiq müayinə olunmuş zərərçəkənin ehtiyac duyulan yardım növünü ala biləcəyi ən yaxın xəstəxananı tövsiyə edə, həmçinin xəstə haqqında məlumatları tibb müəssisəsinə göndərə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı