Bluetooth-lu “ağıllı” zəngli saat təqdim edilib Dekabr 12, 2019 | 02:42 / Maraqlı məlumatlar

“Xiaomi” şirkəti çeşidləri sırasına “Qingping Bluetooth Alarm Clock” adlı yeni qadjet əlavə edib. Əsas funksiyasını yerinə yetirməklə yanaşı qurğu digər məişət cihazlarını da idarə etmək imkanına malikdir. Minimalist dizayn və əlverişli qiymət yeni qurğunun digər xüsusiyyətləridir.

Vaxtı göstərmək üçün LCD displeyə əlavə olaraq, “Qingping Bluetooth” adlı yenilik temperatur və rütubət tənzimləyiciləri, həmçinin ağıllı ev ekosisteminin digər cihazları ilə sinxronizasiya üçün Bluetooth modulu ilə təchiz edilib. Məsələn, otaq temperaturu 20 dərəcədən aşağı düşərsə zəngli saat qızdırıcını müstəqil olaraq açmaq imkanına malikdir.

Cihazın işində heç bir fiziki düymə yoxdur - zəngli saatı 10 dəqiqə susdurmaq üçün korpusa bir dəfə vurmaq və ya təkrarlanan siqnalı ikiqat basmaq kifayətdir. Qadjet parametrlərini 8 melodiyadan birini seçməyə və səs səviyyəsini tənzimləməyə imkan verən xüsusi mobil tətbiqetmədən istifadə edərək idarə etmək mümkündür.

4pda.ru saytının məlumatına görə, ekran işığının parlaqlığı cədvələ uyğun olaraq avtomatik tənzimlənir — axşam saat 10-dan səhər 7-dək 50% azalır. Temperaturu ölçmək üçün ± 0,2 dərəcə dəqiqliyə malik “Swiss Sensirion” və ± 2% dəqiqliyi olan rütubət tənziləyicisi istifadə olunur.

Qeyd edək ki, “ağıllı” zəngli saatın satışlarına 14 yanvar 2020-ci ildən başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı