“Ağıllı” kaskalar uzaq məsafədən təhlükəsizlik qaydalarına nəzarət edəcəklər Dekabr 11, 2019 | 05:48 / Texnoloji yeniliklər

“Softline” və Rostelekom Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyasının –  “Rosatom”un Buryatiya Respublikası ərazisində yerləşən uran mədənin işçiləri üçün hazırladıqları “ağıllı dəbilqə” proqram-aparat kompleksini təqdim ediblər.

“Ağıllı dəbilqə” istehsalat sahəsində çalışan əməkdaşların fiziki təhlükəsizliyini artırmağa kömək edəcək.

“Bu il Rosatom Vision Zero – “istehsalatda sıfır zədə” layihəsinə başlayıb” – deyən “Hiaqda” ASC-nin baş direktoru Andrey Qladışev vurğualyıb ki,  “ağıllı” dəbilqənin ilk 150 istifadəçisi Rosatomun təhlükəli istehsal müəssisələrində çalışan əməkdaşları olacaq.

Sistemi hazırlayan mühəndislərin sözlərinə görə, layihə təkcə işçilərin təhlükəsizliyini təmin etməyəcək, yaxın gələcək də həm də öz  iqtisadi effektini göstərəcək. “Ağıllı dəbilqə”  istehsalatda təmir və s. ayrılan xərcləri azaltmağa, xammala qənaət etməyə, istehsal olunan məhsulların keyfiyyətini və kəmiyyətini artırmağa imkan verəcək.

Proqram-aparat kompleksi işçinin hündürlükdən yıxıldığı və ya zərbə aldığı anda dispetçerə siqnal ötürür, xəsarət alanın yerini müəyyənləşdirməyə kömək edir.

“Softline” şirkətinin “ağıllı dəbilqə” layihəsinin rəhbəri Nikolay Sudarikov deyib ki, – “yaxın gələcəkdə “ağıllı” poliqonda çalışan əməkdaşlar üçün hazırlanan “ağıllı” dəbilqənin funksionallığını artırmaq məqsədilə uzaqdan idarəolunan telemetriyadan istifadə etməyi planlaşdırırlar. Yeni sistemin köməyi ilə hər bir işçinin müəyyən vaxt ərzində aktiv əmək fəaliyyəti haqqında statistik təhlil aparmaq mümkün olacaq”.

Qeyd edək ki, “ağıllı poliqon” Rusiya Federasiyasının Buryatiya Respublikası ərazisində yerləşən uran mədənində istifadəyə verilib. comnews.ru saytının verdiyi xəbərə görə, layihə artıq “Rosatom” Dövlət Korporasiyasının vahid rəqəmsal strategiyasına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı