Abidələrin 3D lazerlə bərpası və qorunması mümkün olacaq Dekabr 11, 2019 | 03:38 / Maraqlı məlumatlar

Avropanın ən nüfuzlu elmi tədbirlərindən biri olan “Berlin Elm Həftəsi” çərçivəsində Sankt-Peterburq Dövlət Elektrotexnika Universitetinin alimləri lazer, həmçinin optik-elektron üsul və texnologiyalardan istifadə etməklə hazırladıqları artefaktların bərpası, sənədləşdirilməsi və nüsxələrinin yaradılması üsullarını təqdim ediblər. Praktik təcrübə onların effektivliyini və təhlükəsizliyini sübut edib, lakin muzeylərin fəaliyyətində bu texnologiyaların kütləvi tətbiqi mümkün olmayıb.

Sankt-Peterburq bütün dünyada yalnız mədəni və tarixi abidələrin sayı ilə deyil, həm də sərt iqlimi nəticəsində bu abidələrin sarsılmaz şəkildə məhv edilməsi ilə tanınır. Son illər dünyanın ən böyük meqapolislərindən biri olan şəhərin əlverişsiz ekoloji mühiti bu problemi daha da artırıb.

Universitetin fotonika kafedrasının professoru Vadim Parfyonov bildirib ki, abidələrin bərpası və sənədləşdirilməsi üçün yeni yüksək effektivli metod və texnologiyaların hazırlanması zərurəti uzun müddətdir ki gündəmdədir və Rusiyada lazer texnologiyasından istifadə imkanlarını və muzey işi sahəsində tətbiqinin yeni metodlarını öyrənən yeganə elmi mərkəz SDEU-dur.

it-world.ru saytının məlumatına görə, ilk dəfə 2006-cı ildə bərpa işində lazerlərdən təcrübə məqsədilə “Bərpa Emalatxanası” İrs” şirkəti ilə əməkdaşlıqda istifadə olunub. Elm adamları və bərpaçılar lazerdən istifadə edərək 18-ci əsrin Aleksandr Nevski lavra nekropolunda mərmər qəbir daşlarını təmizləyiblər. Daha sonra 2007-ci ildə Dövlət Rus Muzeyinin mütəxəssisləri ilə birlikdə Sankt-Peterburqdakı Yay Bağında 18-ci əsrə aid 30 İtalyan mərmər heykəli yeniləyiblər. Bu sahədə olan ən maraqlı bərpa işi isə 1860-cı ilə aid “Bir budağa bürünən zefir” heykəlinin köhnə bioloji zədələnmələrdən, qara gips qabıqlarından və qatı tozdan təmizlənməsidir.

Bütün bu işlərdə abidələrin daş səthinə heç bir zərər vermədən çirklənmə aradan qaldırılıb və bununla da lazer bərpaedici vasitə kimi effektivliyini sübut edib.

Peterburqlu alimlərin digər uğuru isə elektron pasportlar və heykəltəraşlıq abidələrinin fiziki nüsxələrini yaratmaq üçün 3D lazer skan etmə texnologiyasından istifadə etmələridir.

Hazırda Sankt-Peterburqda heykəltəraşlıq abidələrinin surətlərinin hazırlanması, orijinalların muzeyləşdirilməsi ilə bağlı aktiv proses gedir. Abidələrin nüsxələrini yaradarkən texnologiyalardan düzgün istifadə etmək məsələsi vacibdir. Universitetin mütəxəssisləri tərəfindən hazırlanan alternativ metod – heykəltəraşlıq abidələrinin surətinin bağlantısız hazırlanması heykəllərin özlərinə heç bir zərər vermədən təbii daşın nüsxələrini yaratmağa imkan verir.

“Berlin Elm Həftəsi 2019”da SDEU alimləri tərəfindən hazırlanmış və dünyada analoqu olmayan heykəltəraşlıq abidələrinin bərpası, sənədləşdirilməsi və nüsxələrinin yaradılması üsulları onların xarici həmkarları tərəfindən diqqəti cəlb edib. Rusiyalı alimlər ümid edirlər ki, onların hazırladıqları bərpa texnologiyaları və metodları da praktik marağa səbəb olacaq ki, bu da onlardan Rusiyada muzey işi praktikasında kütləvi şəkildə istifadəyə imkan yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı