“Ağıllı” qapı zəngi istifadəyə verilib Dekabr 11, 2019 | 12:27 / Texnoloji yeniliklər

Uzun müddətdir, “ağıllı” kilidlər istehsal edən və üztanıma texnologiyası ilə təchiz olunmuş “Xiaomi” qonaqları qeydə alan “Smart Cat Eye Doorbell” adlı “ağıllı” qapı zəngini təqdim edib.

“Xiaomi Smart Cat Eye Doorbell” iki qurğudan ibarətdir: mənzildən kənarda quraşdırılmış kamera ilə birbaşa zəngetmə sistemi və qonaqların görüntüsünü əks etdirən 5 düymlük IPS ekran.

Kamera 161° geniş baxış bucağına malikdir və gecəgörmə rejimini dəstəkləyir. Cihaz ev sahibinin olmadığı müddətdə gələn qonaqları tanımaq üçün gecə-gündüz izləmə funksiyasını yerinə yetirir. Həmçinin, “ağıllı” qapı zənginin kamerası şəxslərin üzlərini tanıya və insan fiqurunu aşkar edə bilir.

4pda.ru saytının məlumatına görə, cihazın tam ekranı və ağıllı dinamikləri vasitəsilə ziyarətçilərə cavab vermək də mümkündür. Hətta hər hansı təhlükəli məqamdan uşaqları qorumaq üçün səsdəyişdirmə funksiyası da mövcuddur.

“Xiaomi Smart Cat Eye Doorbell” 2020-ci ilin yanvar ayından kütləvi satışa çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı