“Ağıllı” eynəklər smartfonları əvəz edəcək Dekabr 10, 2019 | 03:52 / Maraqlı məlumatlar

Simsiz rabitənin inkişafı və tədqiqi üzrə Amerika şirkətinin prezidenti Kristiano Amon yaxın gələcəkdə insanların gündəlik həyatlarında mühüm yer tutan smartfonların keçmişdə qalacağını qeyd edib.

“Business İnsider”in mütəxəssisinin sözlərinə görə, hazırda ən böyük texnologiya şirkətləri mümkün qədər rahat və işlək olan real cihazlar üzərində çalışırlar.

onauke.info saytının məlumatına görə, yeni qurğu ağıllı eynəklərin bir növü olacaq. 5G kommersiya şəbəkələri bu eynəklərin inkişafına təkan verəcək. Nəticədə bu qurğular insanlar arasında ünsiyyət üçün əsas vasitəyə çevrilərək smartfonlarla əlaqəli olan digər funksiyaları yerinə yetirəcək. Çox güman ki, bu cihaz virtual reallıq dəbilqələrini də əvəz edəcək.

AR və VR eynəkləri ölçülərinə görə çox böyük olmayacağına görə onlardan istifadə etmək adi eynəklərlə müqayisədə daha sadə olacaq.

Ümumiyyətlə, smartfonları əvəz edən ağıllı eynəklər istifadəçilər qarşısında yeni imkanlar açacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı