Alıcılara məhsulların qoxusuna görə seçim imkanı verən onlayn mağazalar fəaliyyətə başlayacaq Dekabr 10, 2019 | 11:11 / Maraqlı məlumatlar

2020-ci ilin sonu - 2021-ci ilin əvvəllərində Belarusiyada alıcılara satış mallarının qoxusuna görə seçim imkanı verən onlayn mağaza istifadəyə veriləcək.

Məhsulun təsviri ilə yanaşı, qoxusunun da göründüyü onlayn mağazanın layihəsi Belarusiyanın İT şirkəti tərəfindən hazırlanır. Onlayn mağazaların sahibləri qoxunu çatdırmaq üçün müştərilərə qoxular dəsti olan xüsusi lövhələri pulsuz göndərə biləcəklər. Müəyyən əmtəə malına baxarkən lövhə xüsusi proqram tətbiqi ilə smartfona və ya kompüterə qoşulacaq və alıcı virtual sayğacda gördüyü məhsulun qoxusunu hiss edə biləcək.

hostFly.by hostinq-provayderinin rəhbəri Aleksandr Xmıl deyib ki, provayder bulud hostinqi ilə qeyri-adi layihə təqdim edəcək, həmçinin Belarusiya bazarı üçün yeni funksiyaların həyata keçirilməsinə texniki dəstək verəcək.

belta.by saytının məlumatına görə, uzun müddətdir buna bənzər qoxu tətbiqlərinin hazırlanma prosesi davam etsə də, belaruslar qoxuları ötürmək üçün cihazın kompakt modelini yaratmağa və mümkün qədər ucuz etməyə digər həmkarlarından daha əvvəl müvəffəq oldular.

Qeyri-adi mağazanın rəsmi təqdimatı tərtibatçılar tərəfindən texnologiya tam hazır olduqdan və patentləşdirildikdən sonra baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı