Azərbaycan və Estoniya arasında “Ənənələri birləşdirək” adlı LOLA konserti keçiriləcək Dekabr 19, 2019 | 08:20 /

20 dekabr 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Avropa elm və təhsil qurumlarının nümayəndələrinin iştirakı ilə LOLA (LOw LAtency – aşağı gecikməli) sisteminin daimi istismara verilməsi məqsədilə rəsmi açılış mərasimi keçiriləcək. “Ənənələri birləşdirək” devizi altında keçirilən bu tədbirdə LOLA texnologiyası və R&E şəbəkələri ilə bağlanan Bakı və Tallin (Estoniya) sənətçilərinin çıxışları yer alacaq.

Xatırladaq ki, 22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantı keçirilib. Bu toplantının əsas mövzularından biri Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən və Avropa Komissisiyası tərəfindən maliyyələşdirilən EaPConnect layihəsi çərçivəsində GEANT xidmətlərinin Azərbaycanda tətbiqi olub. Bu xidmətlərdən biri də İnternet platformasında virtual orkestr funksiyalarını reallaşdırmağa imkan verən LOLA audiovizual yayım sistemidir. LOLA layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master-klasslar, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir.

LOLA audiovizual yayım sistemi artıq sınaq rejimində istismar olunub, Estoniyada quraşdırılmış digər LOLA sistemi ilə onlayn bağlantı yaradılaraq canlı musiqi ifası həyata keçirilib. LOLA Cuzeppe Tartini adına Triestsk Konservatoriyası tərəfindən İtaliyanın milli tədqiqat və təhsil şəbəkəsi olan GARR ilə birgə inkişaf etdirilib.

Qeyd edək ki, konsert Şərq tərəfdaşlığı ölkələrini maliyyələşdirilən EapConnect layihəsi çərçivəsində baş tutacaq. Tədbirə Azərbaycanda AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm və təhsil şəbəkəsi, Tallində isə EENet Estoniya tədqiqat və təhsil şəbəkəsi tərəfindən texniki dəstək göstəriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı