Təyyarələr 3D çapın köməyi ilə yenilənəcək Dekabr 09, 2019 | 10:27 / Maraqlı məlumatlar

ABŞ Hərbi Hava Qüvvələrləri 3D-printerdə çap edilmiş detalların köməyi ilə öz təyyarələrini yeniləməyi planlaşdırır. Bu təmir sürətini yüksəltməklə yanaşı hissələrin qiymətini 8500 dollardan 700 dollara endirəcək.

Hərbi müəssisə işçilərinin sözlərinə görə, tez-tez müəyyən bir hissə dəyişdirilməli və bəzən itirilmiş qəliblərə görə yenidən düzəldilməlidir. Bu da orijinal detallara tam uyğun olmalıdır. Belə hallarda bəzən 2-3 hissə tələb olunur ki, bu da istehsalı uzun və əlverişsiz hala gətirir.

hightech.fm saytının məlumatına əsasən, problem soyuq müharibə illərində yaradılan hava qüvvələrinə aiddir. Onu aradan qaldırmaq üçün ABŞ Hərbi Hava Qüvvələri təyyarələrin təmiri üçün yeni yanaşma təklif etmək qərarına gəlib.

“Hazırda 3D çapdan istifadə edərək kiçik detaldan böyüyə qədər bir çox hissəni istehsal etmək olar. B-52 təyyarəsi üçün iki və ya üç detal lazımdırsa bunu fabrikdən götürməyimizi aylarla gözləməkdənsə, sadəcə printerlərimizdən birinə ötürə bilərik”, - deyə mütəxəssislər qeyd ediblər. Son bir neçə həftə ərzində Hərbi Hava Qüvvələri metal, plastik kütlə, karbon lifindən minlərlə bu kimi detalları çap etdirib.

Hərbi Hava Qüvvələrlərinin texnologiyalar və maddi-texniki təchizat üzrə nazir köməkçisi Uill Roper bildirib ki, təyyarələrin mümkün qədər uzun müddət işləməsi üçün ən yaxşı üsulların tapılması vacibdir. Onun sözlərinə görə, əvvəllər bir hissənin dəyişdirilməsi orta hesabla 8500 dollar təşkil edirdisə, 3D çap köməyi ilə qiymət 700 dollara qədər azalıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı