3D printerdə dünyanın ən uzun divarı çap edilib Dekabr 06, 2019 | 10:27 / Maraqlı məlumatlar

Çinin Suzhou şəhərində çay daşqınlarından qorunmaq üçün 3D çapdan istifadə edilərək dünyanın ən uzun divarı yaradılıb. 3D printerdə çap olunan divarın uzunluğu beş yüz metrdir.

İnşaat texnologiyası istehsalında qabaqcıl yelərdən birini tutan “Winsun Building Technology” şirkətinin mütəxəssisləri vurğulayırlar ki, konstruksiya çoxsaylı beton modulundan ibarətdir. “Bu tikili təhlükəsizliyin və etibarlılığın ən yüksək standartlarına cavab verir”.

planet-today.ru saytının məlumatına görə, bu texnologiya mümkün qədər tez və əlavə xərclər olmadan bəndlər qurmağa imkan verir, eləcə də torpaq işləri və təməlin qoyulmasında vaxt və pula qənaət olunur.

Suzhou və digər Çin şəhərlərinin səlahiyyətliləri 3D printerlərin istifadəsinə əsaslanan inşaat texnologiyasının bütün üstünlüklərini yüksək qiymətləndiriblər. Bənzər tikililərin digər sahillərdə də meydana çıxacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı