3D çap üçün ilk davamlı titan ərintisi yaradılıb Dekabr 06, 2019 | 10:51 / Maraqlı məlumatlar

3D çap üçün yüksək davamlı titan və mis ərintiləri tibbi alətlər, hərbi və aviakosmik texnika istehsalı üçün əvəzolunmaz ola bilər.

hightech.plus saytının məlumatına görə, üçölçülü çapetmə istehsalında istifadə olunan müasir titan ərintiləri 3D çap prosesində çox vaxt çatlayır və ya deformasiyaya uğrayır. Alüminiumdan və ya digər ümumi metallardan fərqli olaraq, titan üçün bu kimi problemlərdən uzaqlaşmağa imkan verən təmizləyici texnologiya yoxdur. Avstraliyanın Melbourne Kral Texnologiya İnstitutunun alimlərinin rəhbərlik etdiyi mütəxəssis qrupu tərəfindən hazırlanmış mis ilə titan ərintisi həll yolu ola bilər.

Tədqiqat qrupunun rəhbəri, professor Mark İstonun sözlərinə görə, ərinti “xüsusi xüsusiyyətlərə” malikdir və istehsal prosesində heç bir idarəetmə və ya əlavə emal tələb etmir: “Bu kimi mikrosturktura malik olan ərintilər daha böyük yüklənmələrə tab gətirə bilər. Bu zaman çatlama və ya deformasiyalar kimi qüsurların olması ehtimalı daha aşağı olur.”

Yeni texnologiyanı oxşar xüsusiyyətlərə malik olan digər növ ərintilərin yaradılması üçün tətbiq etmək olar. Bütün bunlar istehsal sürətini artıracaq və daha mürəkkəb detalları hazırlamağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı