Günəş enerjisinin satışı üçün blokçeyn platforması istifadəyə veriləcək Dekabr 05, 2019 | 02:56 / Maraqlı məlumatlar

Hindistanın 200 milyonluq əhalisi olan Uttar Pradeş əyaləti günəş enerjisi ilə ticarət üçün platforma sınaqdan keçirir. Blokçeyn sistemi qonşulara bir-birlərinə günəş panelləri ilə hazırlanmış artıq elektrik enerjisini satmağa imkan verəcək.

Hindistanın Uttar Pradeş əyalətində günəş enerjisi ilə ticarət üçün blokçeyn platformasının pilot sınağı 2022-ci ilə qədər ölkədə 40 QVt günəş panellərinin quraşdırılması və qaz yanacaqlarından asılılığı azaltmaq üçün hökumət proqramı çərçivəsində həyata keçirilir.

elektrovesti.net saytının məlumatına görə, iki dövlət şirkəti “UPNEDA” və “UPPCL” sınaqların keçirilməsinə cavabdehdir. Günəş enerjisi inzibati binaların damlarında istehsal ediləcək.

Blokçeyn texnologiyası Avstraliyanın “Power Ledger” şirkəti tərəfindən idarə ediləcək. Onun platforması “ağıllı” tənzimləyici sistemlər ilə tandemdə işləyəcək. Nəticədə hər ev müstəqil olaraq qiymətləri təyin etmək, enerjinin real vaxt rejimində satış prosesini izləmək və blokçeyndə smart müqavilələr vasitəsilə sazişlərin icrasını təmin etmək imkanına malik olacaq.

Sınaqların birinci mərhələsinin mart ayına qədər başa çatması planlaşdırılır. Nəticələr günəş enerjisinin  desentralizasiya olunmuş ticarət qaydalarını hazırlamaq üçün istifadə ediləcək. “Power Ledger” platforması artıq bir neçə ölkədə, xüsusən Avstriya, Yaponiya və ABŞ-da fəaliyyət göstərir.

Qeyd edək ki, enerji şirkətləri üçün dünyanın ilk açıq blokçeyni bu yay işə başlayıb. Qeyri-kommersiya fondu “Energy Web Foundation” açıq kodlu paylanmış qeyd platforması “Enerji Veb Chain”i istifadəyə verib. Onun vasitəsilə enerji artıqlarını geri sataraq ağıllı sayğacları, elektrik avtomobilləri və termostatları birləşdirmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı