“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib Dekabr 05, 2019 | 10:33 / Mühüm hadisələr

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində dekabrın 4-də Bakıda “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusunda II Xəzər İnnovasiya Konfransı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə konfransın nazirliyin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, “Aztelekom”, “Baktelekom”, Məlumat Hesablama Mərkəzi və “Azercell”in tərəfdaşlığı ilə təşkil olunduğunu deyib.

E.Vəlizadə “Əşyaların interneti”nin “5G”, bulud texnologiyaları, böyük verilənlər, süni intellekt kimi texnologiyalar ilə birlikdə sürətlə bütün sahələri dəyişdiyini söyləyib. Yeni texnologiyalar, o cümlədən “Əşyaların interneti”nin bu gün hökumətlərin, beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu vurğulayan nazir müavini Beynəlxalq Telekommunikasiya İttifaqı və Dünya İqtisadi Forumunun bununla bağlı tövsiyələr hazırladığını diqqətə çatdırıb.

O bildirib ki, nazirliyin tabeliyindəki İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində “Microsoft Azerbaijan” şirkətinin dəstəyi ilə “Əşyaların interneti laboratoriyası” qurulub. “Laboratoriyada “Əşyaların interneti” həllərinin yaradılması üçün hər cür şərait var. Artıq burada yaradılmış bir neçə həll “Bakutel” sərgisinin “Əşyaların interneti” stendində nümayiş etdirilir.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao çıxış edib. Baş katib bildirib ki, 2025-ci ildə “Əşyaların interneti” bazarının həcminin 1 trilyon dollar olacağı, şəbəkəyə qoşulacaq əşyaların sayının isə 75 milyarda çatacağı proqnozlaşdırılır.

Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsinin baş direktoru Nuriddin Muhitdinov isə deyib ki, RRB MDB ölkələri arasında rominq tariflərinin endirilməsi üzrə memorandum hazırlayır. Qeyd olunan sənədin 2020-ci ildə imzalanacağı gözlənilir: “Sənədin imzalanmasına dair qərar MDB hökumət başçıları səviyyəsində qəbul oluna bilər. Qeyd edim ki, hazırda RRB-yə üzv bir neçə ölkədə daxili rominq, demək olar ki, ləğv olunub. Hesab edirəm, bu gün istifadəçilərə ölkə hüdudlarından kənarda belə pulsuz səsli və görüntülü ünsiyyət imkanı yaradan populyar messencerlər operatorlara rominq xidmətinin ümumiyyətlə ləğv edilməsinə bir stimul ola bilər”.

Tədbirdə “Əşyaların interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gəlib.

Növbəti illərdə Xəzər İnnovasiya Konfransının “Süni intellekt”, “Rəqəmsal startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elm tutumlu istehsalat”, “Kiberhazırlıq” və sair kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötənilki Xəzər İnnovasiya Konfransı “Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı” mövzusunda təşkil olunmuşdu. Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə adıçəkilən mövzuda bu cür beynəlxalq tədbirin təşkili böyük əhəmiyyət daşıyırdı.

İnnovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı