Robot-polis dəmiryol vağzalında fəaliyyətə başlayıb Dekabr 04, 2019 | 03:52 / Maraqlı məlumatlar

Çinin dəmiryol stansiyalarında cinayətkarların tapılmasına kömək etmək üçün skaner və üztanıma texnologiyası ilə çalışan robot-polislər istifadəyə verilib.

Bu qurğu çoxsaylı sərnişinləri diqqətlə “araşdıraraq” gözləmə zalında hərəkət edərək orada əyləşənləri müşahidə edir, eləcə də onların üz cizgilərini axtarışda olan cinayətkarlar ilə müqayisə edərək tanıyır.

belta.by saytının məlumatına görə, robot-polisi Çinin şimal-şərqindəki Çanqçun dəmiryol stansiyasında görmək mümkündür.

Qeyd edək ki, üzün tanınması texnologiyasının tətbiqi Çinin hava limanlarından ofis binalarınadək əksər obyektlərində geniş yayılıb.

Dövlət rəsmilərinin fikrincə, ölkədə “həqiqi adların qeydiyyatı” siyasəti qüvvədə olduğu üçün, vətəndaşların rəsmi dövlət identifikatoruyla öz onlayn hesablarını əlaqələndirmələri vacibdir.

Xatırladaq ki, bu ilin avqust ayında Çində xüsusi olaraq polis xidməti üçün hazırlanan və insanlarla müstəqil əlaqə qura bilən ilk süni “polis üçlüyü” istifadəyə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı