“Toyoto” robotların yeni modelini hazırlayıb Dekabr 04, 2019 | 12:15 / Texnoloji yeniliklər

Yaponiyanın “Toyota Motor Corporation” şirkəti tərəfindən yaradılan “Welwalk WW-2000” robotu iflic olan insanları reabilitasiya etmək üçün hazırlanıb. Bu robot daha əvvəl hazırlanmış “Welwalk” seriyasının inkişaf etdirilmiş modelidir.

“Welwalk WW-2000” özünün sələfi olan “Welwak WW-1000” modeli ilə eyni vəzifələrin öhdəsindən gələ bilir. Həmçinin yeni maşın daha yüksək səmərəliliyi olan reabilitasiya tədbirlərini həyata keçirmək bacarığına malikdir. Bundan əlavə, mütəxəssislər yeni modelin saxlanmasının və yığılmasının daha asan olduğunu, bu səbəbdən tibb müəssisələrində robotların fəaliyyəti”nin daha da genişlənəcəyini qeyd ediblər.

planet-today.ru saytının məlumatına görə, robot müəyyən dərəcədə iflic olmuş xəstələrin reabilitasiyasında həkimləri və mütəxəssisləri əvəz edə biləcək. “Welwalk WW-2000” mütəxəssislərə reabilitasiyanın gedişatını izləmək və lazımi düzəlişlər etmək imkanı verən çoxsaylı kameralarla təchiz olunub. Həmçinin yeni model robotda xəstələrin hərəkətlərinin düzgün şəkildə tənzimlənməsi üçün motivasiya oyunları da quraşdırılıb.

Xatırladaq ki, “Toyota Motor Corporation”  2007-ci ildən xəstələrin reabilitasiyası üçün robotlar yaradır. 2018-ci ildə 8-ci mükafatını alan “Welwalk WW-1000” modeli hazırda Yaponiyanın 80 tibb məntəqəsində istifadə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı