Rusiyada “ağıllı” küçə lampası hazırlanıb Dekabr 03, 2019 | 10:23 / Maraqlı məlumatlar

Uralda müəssisələrdən biri “ağıllı” küçə lampası, eləcə də onun idarə edilməsi üçün cihaz hazırlayıb. Lampanın işinin tənzimlənməsi dispetçer və ya smartfondakı tətbiqetmə vasitəsilə həyata keçirilir.

“İntellektual işıq cihazı”nın gələcəkdə şəhərin əsasını təşkil edən əsas hissələrindən biri olacağı gözlənilir. Cihaz işıqlandırmanı və hərəkəti izləyən qurğularla təchiz olunub. Tənzimləyicilər yeni küçə lampasında parlaqlığın əlverişli rejimini qurublar.

planet-today.ru saytının məlumatına görə, “ağıllı” lampa bütün informasiyanı “ağıllı” sistemə ötürür, burada məlumatlar təhlil edilir və prosesə nəzarət edən bələdiyyə xidmətlərinə hesabat verilir.

Mütəxəssislərin fikrincə, cihazdan istifadə edərək böyük şəhərlərdə havada yayılan zərərli maddələrin tərkibini müəyyənləşdirmək də mümkün olacaq. Həmçinin səsötürücü kimi də istifadə edilə bilən qurğu kamera ilə də təchiz olunub.

Qeyd edək ki, Rusiyalı mütəxəssislər bir neçə il əvvəl müəssisələrdə və bütövlükdə şəhərdə enerji istehlakını azaltmaq üçün LED fənəri və onun idarəetmə sistemini inkişaf etdirməyə başlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı