“Google” kök hüceyrələrlə müalicə metodları təklif edən klinikaların reklamını qadağan edib Dekabr 02, 2019 | 02:11 /

“Google” öz istifadəçilərini kök hüceyrələrlə müalicənin şübhəli metodlarının reklamlarından qorumağa çalışır. Şirkət nümayəndələri insanlara öz təsdiqini tapmamış müalicə üsulları təklif edərək, onlardan istifadə edən şəxslərə onlayn platforma verməyi dayandıracaqlarını bildiriblər.

hightech.fm saytının məlumatına görə, “Google”un yeni siyasəti ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi (Food and Drug Administration – FDA) ilə birgə hazırlanıb. O, kök hüceyrələrlə müalicənin sübut edilməmiş və potensial təhlükəli metodlarını tətbiq edən klinikalarla mübarizə aparır. İdarənin məlumatına əsasən, ölkədə yüzlərlə klinika FDA tərəfindən təhlükəsiz və effektiv metod kimi təsdiqlənməmiş kök hüceyrələrindən istifadə ilə müalicə üsullarını tətbiq etməyə başlayıb.

“Google” mütəxəssisləri qeyd ediblər ki, kök hüceyrələrlə müalicənin müxtəlif növləri müxtəlif inkişaf mərhələsindədir. Sümük iliyinin kök hüceyrə transplantasiyası bir sıra onkoloji xəstəliklərin müalicəsində özünü təsdiqləmiş metoddur. Lakin artıq kliniki sınaqlardan keçirilən yeni müalicə metodları meydana çıxıb. Buna baxmayaraq, ABŞ-da bəzi klinikalar həmin üsulları müştərilərinə təklif edirlər.

“Bu kimi klinikalar müştərilərin pulunu almaq istəyir, lakin bu müalicə metodlarının hansı səbəbdən daha effektiv olduğunu izah edə bilmirlər”, – Nyu-York Universitetinin Tibb fakültəsində Tibbi etika şöbəsinin yaradıcısı, bioetika üzrə ekspert Art Kaplan bildirib. O, belə klinikaları “eskiz” adlandırır, çünki onlar öz pasiyentlərinə həqiqətən kömək etməyə deyil, kommersiya fəaliyyətinə daha çox diqqət ayırırlar.

“Təəssüf ki, regenerativ tibb sahəsində aparılan tədqiqatlardan istifadə edən və pasiyentlərə sübut edilməmiş, bəzi hallarda təhlükəli metodlara əsaslanaraq, aldadıcı təminat verən vicdansız klinikalar mövcuddur”, – deyə idarənin komissarı Skot Qotlib qeyd edib.

Son 15 il ərzində kök hüceyrələri ilə müalicə sahəsinə 20 milyard dollardan çox sərmayə qoyulub. İcazə verilməmiş müalicələrin sayının artması FDA-nın ayrı-ayrı klinikaları məhkəməyə verməsinə gətirib çıxarıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı