“Microsoft” şirkəti Windows 10 əməliyyat sistemini təqdim edib Oktyabr 09, 2014 | 02:15 / Maraqlı məlumatlar

“Microsoft” şirkətinin  Windows 9 əməliyyat sistemini təqdim etməsi gözlənildiyi halda, Windows 10 adlı yeni əməliyyat sistemi təqdim edilib.

gazeta.ru saytının bildirdiyinə görə, 10 rəqəmi təsadüfən seçilməyib: “Microsoft” tamamilə  yeni nəsil əməliyyat sisteminin başladığını elan edir”.

Şirkətin  verdiyi məlumata görə, sistem 4 düyümdən 80 düyümə qədər diaqonal ekranı dəstəkləyir. Yeni əməliyyat sistemində istifadəçi üçün əsas şərt olan “Start” menyusu  da bərpa olunub. Əməliyyat sistemi isə bütün cihazlarda tamamilə eyni olacaq. Windows 10 smartfon, planşet, noutbuk və s. cihazlarda istifadə ediləcək.

Qeyd edək ki, Windows 10-un qiyməti haqqında dəqiq məlumat verilmir. Lakin  şirkətin İndoneziya ofisinin rəhbəri Andreas Diantoronun sözlərinə görə,  Windows 8-in sahibləri üçün Windows 10-a keçid pulsuz olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı