“Uçan avtomobil” kütləvi satışa hazırlanır Noyabr 28, 2019 | 05:13 / Maraqlı məlumatlar

Amerikanın “Opener” şirkəti qeyri-adi birnəfərlik uçan aparat təqdim edib. “BlackFly” şaquli istiqamətdə uça və enə bilən ilk qurğudur. Bu zaman rotorları və ya qanadları çevirmək lazım deyil. Qurğunu idarə etmək o qədər asandır ki, bunun üçün pilot lisenziyasına ehtiyac yoxdur. Milyarder Larri Peyc startapa sərmayə yatırıb və artıq növbəti ildə qurğunun kütləvi bazara çıxarılması gözlənilir.

nanonewsnet.ru saytının məlumatına görə, “BlackFly” sərt bərkidilmiş qanadlara malik elektrik təyyarədir. Onun əsaslandığı ideya olduqca sadədir: kopter qanadları və mühərrikini çevirmir, çünki o, uçuş zamanı raket kimi tamamilə şaquli vəziyyətdə səmaya qalxa bilir. Şirkətin mütəxəssisləri bu ideyanın reallaşdırılmasına 9 il sərf etdiklərini bildiriblər.

8 kiçik mühərrikə malik olan qurğu həm quruya, həm də suyun üzərinə enə bilir. Saatda 100 km-ə qədər sürət toplayır və bir dəfə enerji ilə doldurulduqda 40 km-ə qədər məsafəni qət edir. Bu kimi kiçik imkanların üstünlüyü ondadır ki, ABŞ-da bu kopterin idarə edilməsi üçün pilot lisenziyasına ehtiyac yoxdur. “Gələcəyin nəqliyyatı” adlandırılan qurğuda təhlükəsizlik təmin olunub.

“BlackFly” hazırlandığı 9 il ərzində təxminən 1400 dəfə sınaqdan keçirilib. O, relyefi izləyə, həmçinin bir düymə vasitəsilə “GPS” sistemi sayəsində müstəqil şəkildə evə qayıda bilir.

“Opener” təhlükəsiz və əlçatan nəqliyyat sayəsində uçuş sənətinə yeni həyat verəcək. O, istifadəçiləri yer üzərindəki gündəlik məhdudiyyətlərdən azad edəcək”, – deyə şirkətin rəhbəri Markus Lenq bildirib.

Qurğunun bazara çıxarılması tarixi və dəqiq qiyməti hələ ki, açıqlanmır. Pilotların hazırlanması proqramına əsasən, müraciət etmiş şəxslər Amerikanın Mülki Aviasiya İdarəsinin yazılı imtahanını verməli, həmçinin “Opener” şirkətinin xüsusi kursunu keçməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı