Süni intellekt diaqnozun qoyulmasında həkimləri sıxışdıracaq Noyabr 27, 2019 | 05:11 / Texnoloji yeniliklər

“CoBrain-Analytics” sistemi biometrik məlumatlar və tibbi alqoritmlərin toplanacağı platformadır. Həkimlər və alimlər üçün hazırlanmış sistem biomaterialın analizi ilə məşğul olacaq. Həkimdən bazaya analizlərin nəticələrini daxil etmək, süni intellektdən isə təhlil etmək və alternativ nəticə vermək tələb olunur. Analiz bir neçə saniyə ərzində aparılır.

meddaily.ru saytının məlumatına əsasən, platformada iş kabinetləri bulud sahələri formalaşdırılır. Burada istehsalçılar, həkimlər və alimlər birgə tədqiqatlar aparır, həmçinin böyük həcmli tibbi məlumatlar emal edilir. Platforma Rusiyanın toxuma, qan nümunələri və orqan kəsiklərinin saxlanıldığı biobankları və tibbi müəssisələri ilə əməkdaşlıq edir. Bu informasiya süni intellekt üçün modellər yaratmağa imkan verir.

“Basis Genotech Group”un baş direktoru Anton Aksyonov bildirir ki, insanın cari vəziyyətini anlamaq üçün 150-dən çox biomarker üçün qan analizi etmək lazımdır. Lakin konkret insan üçün normanı müəyyənləşdirmək məqsədilə yüzlərlə parametr üzrə onlarla genetik analiz keçirmək tələb olunur.

Onun sözlərinə görə, dəqiq diaqnoz qoymaq və xəstəliklərin inkişaf risklərini proqnozlaşdırmaq üçün əldə olunmuş bütün informasiyanı müqayisə etməyi yalnız yüksəkixtisaslı həkimlər bacarırlar. Buna görə də böyük həcmli məlumatlarla işləyə bilən, yüzlərlə parametr əsasında müxtəlif xəstəliklərin inkişafı ehtimalını proqnozlaşdıran sistemlər, xüsusilə profilaktika sahəsində, şübhəsiz ki, həkimlərə böyük kömək olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı