Qurğuların sayı insanların sayını ötüb Oktyabr 09, 2014 | 10:49 / Maraqlı məlumatlar

Mobil qurğular bazarının həcminin sürətlə artması dünyada aktiv qurğuların insanların sayını ötməsinə səbəb olub.  
 
Belə ki, ABŞ Əhalinin Siyahıyaalınması Bürosunun (United States Census Bureau) məlumatına görə, Yer kürəsində 7,2 milyard insan yaşayır. Hər saniyədə dünya əhalisinin sayı iki nəfər – ildə 1,2 faiz artır.
 
GSMA Intelligence” analitik şirkətinin hesablamasına əsasən, hazırda 7,2 milyarddan çox aktiv SİM kart dövriyyədədir. Bu göstərici Yer kürəsi əhalisinin sayı ilə müqayisədə təxminən beş dəfə sürətlə artır.
 
“Bizə ən çox mobil telefonlar təsir edir, heç bir texnologiya bununla müqayisə edilə bilməz. Bu, bəşəriyyət tarixində ən sürətli inkişaf edən texnogen fenomendir. Cəmi otuz il ərzində mobil qurğuların sayı sıfırdan 7,2 milyarda çatıb”, - “Spencer Trask & Co.” şirkətinin idarə heyətinin sədri Kevin Kimberlin bildirib.
 
SİM kartların insan sayını ötməsinə baxmayaraq Yer kürəsi əhalisinin yalnız yarısı mobil qurğulardan istifadə edir. Məsələ ondadır ki, qeyd olunan 7,2 milyarda “M2M” sistemlərində, o cümlədən avtomobil, tibb, tibbi cihazlar və s. quraşdırılan SİM kartlar daxildir.
 
Məlumat üçün bildirək ki, “М2М” (Machine-to-Machine) qurğulara bir-biri ilə informasiya mübadiləsi etməyə və ya onu birtərəfli qaydada ötürməyə imkan verən kompüterlərarası əlaqə texnologiyasının ümumi adıdır. Bu, müxtəlif monitorinq sistemləri, terminallar, təhlükəsizlik, mühafizə, səhiyyə, telemetriya və s. sistemləri ola bilər. 

dailycomm.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı