26 Noyabr - Ümumdünya informasiya günüdür Noyabr 26, 2019 | 08:38 / Mühüm hadisələr

Hər il noyabrın 26-da dünyada Ümumdünya İnformasiya Günü qeyd edilir. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.

Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb etmişdir. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artmışdır. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.

Qeyd edək ki, 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilmişdir. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak etmişdir. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunmuşdur. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı