Elektrik enerjisi yaradan köynək hazırlanıb Noyabr 25, 2019 | 03:02 / Texnoloji yeniliklər

Qadcetlərin yenidən yüklənə bilməsi üçün elektrik enerjisi yaradan köynək hazırlanıb.

İspaniyanın Malaqa Universitetinin tədqiqatçıları insan bədəninin və ətraf mühitin temperaturunun arasındakı fərqin müqabilində elektrik enerjisi yaradan ucuz köynək hazırlayıblar. Bu köynək Genuyadakı İtaliya Texnologiya İnstitutu ilə birgə ərsəyə gətirilən parçadan hazırlanıb.

Onun materialı sudan, pomidor qabığından alınan etanoldan və karbon nanozərrəciklərindən ibarətdir. Bu qarışıq qızdırıldıqda pambıq təbəqəsini yumşaldır və yapışdırır, tellur, germanium və ya qurğuşun kimi elektrik xüsusiyyətlərini əldə edir.

techcult.ru saytının məlumatına görə, hazırda italyan tədqiqatçısı Pietro Kataldinin başçılıq etdiyi bir qrup alim parçaların tikilməsində quraşdırıla bilən qurğuların yaradılması ilə məşğuldurlar. Gələcəkdə onların əsasında işığı əks etdirən və ya kiçik cihazlara enerji doldura bilən köynək hazırlamaq mümkün olacaq.

Yeni elektron parçanın imkanları bununla məhdudlaşmır, belə ki, gələcəkdə bu material biotibbdə və “elastik” robot texnikası tətbiqetmələrində öz əksini tapa bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı