“XH Smart Tech” şirkətinin “ağıllı” kartları fərdi məlumatları necə qoruyur? Noyabr 20, 2019 | 05:04 / Maraqlı məlumatlar

“XH Smart Tech” şirkətinin həmtəsisçisi Daniel Hu qeyd edir ki, hər bir internet istifadəçisi ilk növbədə özü fərdi məlumatlarının mühafizəsi haqqında düşünməli və son dərəcə diqqətli olmalıdır.

Şirkətin nümayəndəsi isə bildirir ki, Çin çox təhlükəsiz ölkədir, lakin bu, məhz fiziki təhlükəsizliyə aiddir. Müxtəlif ölkələrdə müxtəlif qanunlar qüvvədədir və insanlar fərdi məlumatlarının təhlükəsizliyinin təmin edilməsinə daha çox önəm verməlidirlər.

Onun sözlərinə görə, fərdi informasiyanın hökumət və ya cəmiyyət tərəfindən müdafiəsinin təmin edilməsini gözləmək düzgün seçim deyil. Bildirib ki, onlar informasiyanı internet vasitəsilə paylaşarkən göstərdiyi xidmətə görə pul ödədikləri provayder, eləcə də bütün şirkətlər informasiyanın qorunmasını təmin etməlidirlər.

ria.ru saytının məlumatına görə, “XH Smart Tech” şirkəti  Çinin Quandun əyalətinin Çjuxay şəhərində fəaliyyət göstərir və smart kartların,bank kartlarının, şəxsiyyət vəsiqələrinın istehsalında liderlərdən biridir. Şirkət “Visa”, “MasterCard”, “UnionPay” kimi sistemlərlə əməkdaşlıq edir. Ofisləri bir sıra Asiya və Latın Amerikası ölkələrində yerləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı