Uşaqlar üçün mobil oksigen tənzimləyiciləri yaradılıb Noyabr 20, 2019 | 11:14 / Texnoloji yeniliklər

Vuster Politexnik İnstitutunun mühəndisləri qanda oksigenin səviyyəsini ölçmək üçün mobil simsiz tənzimləyici hazırlayıblar.

Qanda oksigenin səviyyəsi ağciyərlərin fəaliyyətini qiymətləndirməyə, bədənin kifayət qədər oksigen qəbul edib-etmədiyini anlamağa imkan verən vacib göstəricidir. Bu gün həmin göstərici xəstənin dərisinə yapışdırılan tənzimləyicilərin köməyilə ölçülür.

Körpələr üçün nəzərdə tutulan cihazın köməyilə ev şəraitində onların qanında olan oksigenin səviyyəsini ölçmək mümkün olacaq.

Tədqiqat qrupunun rəhbəri Ulkuxan Gülərin fikrincə, uzun müddət uşaqların xəstəxanada stasionar müalicə alması ailələr üçün müəyyən maddi çətinliklər yaratmaqla yanaşı, uşaqların sağalmasını da ləngidir.

Onun rəhbərlik etdiyi komanda tərəfindən yaradılan tibbi cihaz qanda oksigenin qismən təzyiqini ölçmək üçün hazırlanıb. “PO2” olaraq bilinən bu göstərici qanda həll olunan oksigenin miqdarını ölçür. Bu, həm də tənəffüs yollarının sağlamlığının daha dəqiq göstəricisidir. Dəriyə yapışan bu cihazla PO2 səviyyəsini izləməyin həkimlərə qan testi qədər dəqiq məlumatlar verəcəyi güman edilir.

nauka.vesti.ru saytının məlumatına görə, tənzimləyici qurğu qırmızı işıq saçan nazik pərdəyə malikdir. Oksigen molekulu qanda yayıldıqca bu işıq daha parlaq olur.

Yenilənmələrdən sonra tənzimləyicinin adi yapışqan plastıra oxşayacağı, simsiz şəbəkə üzrə internetə qoşulacağı gözlənilir. Əgər uşağın qanında oksigenin səviyyəsi düşməyə başlayacaqsa, sistem həkimin kabinetində monitora və smartfon üçün proqramda valideynlərə həyəcan siqnalı verəcək.

Mütəxəssislərin məlumatına əsasən, cihaz ağır bronxial astma və xroniki ağciyər xəstəliyi olan yaşlı insanlar üçün də faydalı olacaq. U.Gülərin rəhbərlik etdiyi mütəxəssislər qrupu aparılan tədqiqatların növbəti mərhələsində böyüklər üçün də bir cihaz və tətbiq yaradacaqlar.

Onlar apardıqları bu tədqiqat işlərinin nəticəsi haqqında cari ilin 17-19 oktyabr tarixlərində Yaponiyada keçirilən “BioCAS 2019” - biotibbi dövrlər və sistemlər üzrə konfransında dörd məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı