Robot-balıq ixtira edilib Noyabr 19, 2019 | 03:51 / Texnoloji yeniliklər

Amerikalı alimlər su aləminin öyrənilməsinə kömək edəcək robot-balıq ixtira ediblər.

Massaçusets Texnologiya İnstitutu Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasının mütəxəssisləri sualtı dünyaya qoşula bilən robot-balıq təqdim ediblər.

mir24.tv saytının məlumatına əsasən, “SoFi” adlı balıq 40 dəqiqə ərzində 15 metr dərinlikdə üzmək imkanına malikdir. Onun quyruğu iki hidravlik nasos vasitəsilə hərəkət edir və bu quyruq su keçirməyən pultun köməyi ilə idarə olunur. Robot-balığın səyahətləri yüksək ayırdetmə dəqiqlikli videokameraya qeyd olunur. Mütəxəssislər smartfonlarda olduğu kimi onu inteqrasiya edilmiş qavrama tənzimləyiciləri, mühərrik və litium batareyası ilə təchiz ediblər.

Alimlərin fikrinə görə, “SoFi” hazırkı sualtı aparatlarla müqayisədə dəniz canlılarının həyatını daha yaxşı öyrənməyə imkan verir. Hazırda ixtioloqlar bu hədəflər üçün qayığa burazla birləşdirilən avtonom aparatlardan istifadə edirlər.

Qeyd edək ki, alimlər uzun müddətdir elmə və gündəlik həyata kömək edən robotlar ixtira ediblər. Belə ki, Rusiyalı mühəndislər kosmosa uçacaq “Teledroid” adlı yeni robot hazırlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı