Smartfon və digər qadcetlərin elastik ekranları üçün plastik şüşə hazırlanıb Noyabr 19, 2019 | 02:35 / Texnoloji yeniliklər

Finlandiyanın Tampere Universitetinin alimləri sıxılan, dartılan və əyilən şüşəyəbənzər alüminium oksiddən nazik örtük hazırlayıblar. Bu, gələcəkdə smartfonlar üçün möhkəm və elastik ekranlar yaratmağa imkan verəcək. Lakin tədqiqat müəllifləri qeyd edirlər ki, metod indiki formada iri həcmli məmulatların yaradılması üçün tətbiq edilə bilməz.

Son zamanlar smartfon istehsalçıları tez-tez elastik ekrana malik qurğular təqdim edirlər. Hazırda onlar üçün daxilindəki molekulların bir-biri ilə zəif bağlandığı polimer şüşədən istifadə olunur. O, bir tərəfdən möhkəmdir, asanlıqla əyilir və sıxılır, digər tərəfdən onda cızıqlar tez meydana çıxır. Adi mineral şüşədə, əksinə, silisium oksid molekulları bir-biri ilə möhkəm birləşir. Belə şüşə bərkdir, lakin öz formasını dəyişə, əyilə və ya sıxıla bilmir.

hightech.fm saytının məlumatına əsasən, tədqiqatçılar bərkliyi və davamlılığı bir materialda birləşdirmək üsulunu tapıblar. Onlar amorf alüminium oksiddən şüşə hazırlayıblar. Sınaq gedişatında məlum olub ki, belə material çatlar yaranmadan dartıla və sıxıla bilir.

Belə şüşənin istehsalı zəhmətli və bahalı proses olduğundan texnologiya hələ ki, yalnız laboratoriyada mövcuddur. Tədqiqatçılar onun istehsalını sadələşdirmək və ucuzlaşdırmaq üsulunu tapmaq niyyətindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı