İnformasiya Texnologiyaları İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Birləşdirilmiş İnformatika Problemləri İnstitutu arasında müqavilə imzalanıb Oktyabr 03, 2014 | 04:30 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Birləşdirilmiş İnformatika Problemləri İnstitutu (BİPİ) arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair müqavilə imzalanıb.

Əsas məqsəd elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına kömək etmək, müvafiq sahədə birgə konfrans, layihə və tədqiqatlarda iştirakı təmin etməkdir. Müqavilədə, həmçinin institutlar arasında kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Qeyd olunur ki, elmi-tədqiqat strategiyalarının hazırlanması və HORİZON-2020 kimi beynəlxalq qrant proqramlarında iştirak üzrə birgə fəaliyyət əsas hədəflərdəndir.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev Minsk şəhərində ezamiyyətdə olmuş və bu müddətdə BİPİ-nin baş direktoru, “İnformatika” jurnalının baş redaktoru, t.e.d., prof. Aleksandr Vasilyeviç Tuzikov ilə görüşmüşdür. Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinin inkişafına dair müzakirələr aparılmış və sözügedən müqavilənin imzalanması qərara alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı