Süni intellekt ölüm ehtimalını proqnozlaşdırır Noyabr 19, 2019 | 10:55 / Texnoloji yeniliklər

Pensilvaniyadan olan tədqiqatçılar pasiyentin elektrokardioqrafiyası ilə (EKQ) tanış olduqdan sonra süni intellektə il ərzində insanın ölüm ehtimalını qabaqcadan xəbər vermək öyrədilib.

İşin gedişində alimlər süni intellektə 400 min xəstənin EKQ-sı haqqında məlumatlarını təqdim ediblər. Ümumilikdə, süni intellekt gələcəkdə ürək problemlərini, o cümlədən infarkt və atriyal fibrilasiya ehtimalını göstərən qanunauyğunluqları aydınlaşdırmaq üçün günün müxtəlif vaxtlarında xəstələrdən götürülmüş 1,77 milyon EKQ qeydlərini alıb.

Tədqiqatın nəticələrinə görə, süni intellekt modeli bu gün mövcud olan bütün metodlardan daha yaxşı nəticələr əldə edib. O, həm də il ərzində ölüm riski artan xəstələri ölüm riski olmayanlardan fərqləndirmək imkanına malik olub. Bundan əlavə, süni intellekt əvvəllər kardioloqlar tərəfindən müalicə olunan xəstələrdə ürək problemlərinin qaldığını aşkar edib.

Tədqiqat zamanı mütəxəssislər qrupu süni intellektə məlumatları iki müxtəlif üsulla təqdim edib. nanonewsnet.ru saytının məlumatına görə, əvvəlcə alqoritm işlənməmiş EKQ nəticələri ilə tanış olub və bunun sayəsində vaxt keçdikcə kardioqramdakı dəyişiklikləri izləmək mümkün olub. Başqa bir vəziyyətdə, tədqiqatçılar xəstələrin yaş və cinsini göstərən EKQ məlumatlarını təqdim ediblər. Alimlər AUC (area under ROC curve) indikatorundan istifadə edərək süni intellektin cavablarını ölçüblər. Tədqiqatçılar qeyd edirlər ki, həkimlərin hazırda istifadə etdiyi risk qiymətləndirmə modelləri üçün AUC 0,65 ilə 0,8 arasında dəyişir. Süni intekket isə mütəmadi olaraq 0.85 bal toplayıb.

Süni intellekt EKQ nəticələri kardioloqlar tərəfindən normal sayılan insanlarda da ölüm riskini dəqiq proqnozlaşdırıb. Xəstələrin EKQ-nı ayrıca tədqiq edən üç kardioloq süni intellektin aşkar etdiyi riski müəyyənləşdirə bilməyib. Beləliklə, mütəxəssislər tərəfindən hazırlanan model bu gün həkimlər üçün mövcud olmayan prosesləri izləyib.

Qeyd edək ki, ölüm proqnozu vermək üçün maşın təlimindən istifadə edən ilk model deyil. Keçən il Kaliforniya ştatının Mountin Vyudda yerləşən “Google”dan olan tədqiqatçılar xəstənin xəstəxanada qalma və çıxma müddətini təxmin etmək üçün elektron tibbi qeydlərdən istifadə edən proqnoz modelini yaradıblar. Bundan əlavə, ürək-damar xəstəliyi və xərçəng diaqnozu üçün müxtəlif süni intellekt modellərindən də istifadə edilib. Bəzi hallarda süni intellektin qoyduğu diaqnoz həkimlərin diaqnozundan daha doğru olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.   

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı