Süni intellekt əsrinin yenilikləri Noyabr 18, 2019 | 11:51 /

1950-ci ildə Alan Türinq kompüterlərin düşündüyünü təyin etmək üçün sadə test təklif edib. Bu test “ağıllı” maşınların sürətli inkişafının başlanğıcı üçün şərait yaradıb.

Məlumdur ki, son illər süni intellekt sistemlərinin daha da inkişaf etməsi faktı ilə daha çox qarşılaşırıq. Yeni əsrin əsas texnoloji yeniliklərindən biri də xəbər mətnlərini yazan kompüter hesab olunur. Hazırda kompüterlər müstəqil olaraq məqalələr yazmaq imkanına malikdirlər.

Süni intellekt proqramı tərəfindən yazılmış ilk xəbər məqaləsi Los Angeles Times saytında yayımlanıb. Kompüter seysmoqraflardan alınan ədədi məlumatlara əsasən Kaliforniyanın Vestvud şəhərində baş verən zəlzələnin xəbərini müstəqil olaraq hazırlaya bilib. Bu texnologiya ABŞ-ın Şimal-Qərb Universitetinin intellektual informasiya laboratoriyasının rəhbəri professor Larri Birnbaumun komandası tərəfindən hazırlanıb. Qeyd edək ki, Birnbaum həm də məşhur mətn generatoru olan Quill sisteminin istehsalçılarından biridir.

interesnosti.com saytının məlumatına əsasən, hazırda süni intellektə sahib olan sistemlər statistik məlumatları və qrafikləri təhlil edərək onları məlumat ümumiləşdirməsinə çevirə bilmək imkanına malikdir. Mətnləri bədii üslubda yazmaq onların növbəti hədəfi hesab olunur.

Avtomatlaşdırılmış ev heyvanları da süni intellekt sahəsindəki yeniliklər sırasına daxildir. Valideynlər obyektiv səbəblərdən övladlarının ev heyvanlarını almalarına icazə vermirlər. Onları təmizləmək, mütəmadi olaraq gəzdirmək, yeməklə təmin etmək vacib şərtlərdəndir. Müasir informasiya texnologiyası canlı heyvanlara alternativ olaraq süni intellektə sahib avtomatlaşdırılmış canlılar yaradıb. Bu sahə həddindən artıq inkişaf edir və demək olar ki, hər həftə yeni patentlər əldə olunur.

Melburn İnstitutunun tədqiqatçısı Jana-Lu Raultun sözlərinə görə, artıq 2025-ci ildə robot ev heyvanları canlılarla ciddi rəqabət aparacaqlar. Rault növbəti onilliklərdə istehsalçıların insanlar ilə yaxın emosional əlaqəyə girə biləcək heyvanlar yarada biləcəkləri fikrini də irəli sürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı