Robotun gələcək “uşaqlar”ı təqdim edilib Noyabr 15, 2019 | 04:32 / Maraqlı məlumatlar

Kosmonavt Təlim Mərkəzindəki elmi konfransda “Fyodor” robotunun istehsalçısı yeni insanabənzər robotu təqdim edib. Androidin nəsillərindən biri "kentavr" olacaq, digəri isə 2035-ci ildən sonra Rusiya Ay bazasına cıxacaq.

nanonews.net saytının məlumatına görə, Qeyri Hökumət Təşkilatının icraçı direktoru Yevgeni Dudorov “Fyodor” robotunun uçuşundan sonra test sınaqlarının davamı olaraq, onlara bənzər robotların “Orel” kosmik gəmisində Yer ətrafında hərəkət edəcəyini bildirib. O qeyd edib ki, bu işdə məqsəd Ayı araşdırmaq üçün istifadə edilən robot sistemləri yaratmağa yönəlib.

Mütəxəssislərin məlumatına əsasən, 2036–2040-cı illərdə “Test 2.0” layihəsi çərçivəsində tamamilə yeni bir insanabənzər robotun yaradılması və Rusiyanın Ay bazasına göndərilməsi planlaşdırılır. Onlar bu layihəni “Rover-AT” adlandırıblar.

Eyni zamanda “Teledroid” layihəsi çərçivəsində kosmosdakı problemləri həll etmək üçün cihaz da hazırlanır. Bu robotun isə 2022-ci ildə işə salınması planlaşdırılır. Alimlər 2031-2035-ci illərdə işin ikinci mərhələsinin həyata keçirilməsini nəzərdə tutublar.

Xatırladaq ki, “Fyodor” robotu avqustun 22-də “MS-14 İttifaqı” kosmik gəmisində Yer orbitinə çıxıb. Beş gündən sonra, cihaz ikinci cəhddən Beynəlxalq Kosmik Stansiyaya doğru hərəkət edib və uçuş zamanı astronavtın nəzarəti altında bir sıra vəzifələri yerinə yetirib. Robot sentyabrın 7-də Yer kürəsinə qayıdıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı