Bitki kimi “böyüyən” robot hazırlanıb Noyabr 14, 2019 | 05:29 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri boy atıb şaxələnə bilən robot hazırlayıblar. Onun zənciri çevrilmə, əyilmə və dönmə qabiliyyətinə malik olduğu üçün elastik, eləcə də ağır yüklərə dözə bildiyinə görə sərtdir. Robot uzunluğunu və formasını da dəyişə bilir.

Alimlər robotun dizaynını bitkilərin böyümə tərzinə uyğun formada hazırlayıblar. Cihaz təxminən eyni şəkildə hərəkət edir, böyümə nöqtəsindən sərbəst zəncir çıxarır, daha sonra zəncir kilidlənir və daha çox uzanaraq qapalı vəziyyətdə yenidən çıxarılır. Mütəxəssislər bu prosesi bitkinin əkilməsi, daha sonra tumurcuqlaması və çiçək açması prosesinə bənzədirlər.

nanonews.net saytının məlumatına görə, tədqiqatçılar “böyüyən robot”u bu həftə Çinin Makao şəhərində keçirilən intellektual robotlar və sistemlər üzrə IEEE-in Beynəlxalq konfransında təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı