Süni intellekt danışıq qabiliyyətini itirmiş insanların səslərini saxlayacaq Noyabr 14, 2019 | 04:46 / Texnoloji yeniliklər

Süni intellekt müxtəlif xəstəlik və ya xəsarət səbəbiylə səs imkanlarını itirmiş xəstələrin lallığını aradan qaldırmağa kömək edəcək. Yaradılmış nitq mərhum Stiven Hokinqin “kompüter” səsi ilə əlaqələndirilir.

nanonews.net saytının məlumatına görə, xəstələrin səslərini qorumaq üçün ABŞ-ın Şimal-Şərq Universiteti “VocaliD” şirkəti ilə birgə ilk klinika açıb. Birinci mərhələdə xəstələr 2-3 saat öz səslərini yazacaq, şeir və ya hekayələr oxuyacaq, daha sonra bu səslər rəqəmsal səsə çevriləcək. Bu qeydlər əsasında mütəxəssislər xəstənin səsinə bənzər bir nitq yaradacaqlar. Süni intellekt orijinal qeyddə olmayan sözləri də tələffüz edə biləcək.

“VocaliD”-nin yaradıcısı və klinikanın baş tədqiqatçısı professor Rupal Patelin sözlərinə görə, texnologiyanın sürətli inkişafı nəticəsində rəqəmsal səslər getdikcə orijinala bənzəyir. Hazırda tədqiqatçılar intonasiyanı simulyasiya etmək və uşaq səsini yetkin səsə çevirmək üzərində işləyirlər.

Mütəxəssislərin məlumatına əsasən, klinikada hər kəs öz səs yazısını saxlaya biləcək, amma mütəxəssislər yaxın gələcəkdə danışmaq qabiliyyətini itirəcək olanlara üstünlük verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı