“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib Noyabr 14, 2019 | 02:35 / Mühüm hadisələr

Heydər Əliyev Mərkəzində “İnnoFest – İnnovasiya Festivalı” çərçivəsində keçirilən “III Robot Olimpiadası”nın qalibləri Macarıstanın Gyor şəhərində “Dünya Robot Olimpiadası”nda ölkəmizi təmsil edib.

73 ölkədən 450 komandanın iştirak etdiyi turnirə Bakı Modern Təhsil Kompleksi 13-15 yaş üzrə Azərbaycan Regular junior kateqoriyası, Xəzər Universiteti 16-19 yaş üzrə Regular Senior kateqoriyası və Bakı Ali Neft Məktəbi 16-19 yaş üzrə Open Senior kateqoriyasından ibarət 3 komanda ilə qoşulub.

Bakı Modern Təhsil Kompleksi 96 komanda arasında 76-cı yerə, Xəzər Universiteti 83 komanda arasında 33-cü yerə və Bakı Ali Neft Məktəbi 34 komanda arasında 15-ci yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, Azərbaycan 2017-ci ildə Dünya Robot Olimpiadası Assosiasiyasının həqiqi üzvü seçilib. Yeniyetmə və gəncləri əhatə edən dünyanın ən böyük robot texnikası yarışması “Dünya Robot Olimpiadası” 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu olimpiadada 12 ölkə iştirak edib, hazırda bu say 70-i keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı