“Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb Noyabr 14, 2019 | 02:23 /

3-6 dekabr 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində “Bakutel 2019” - yubiley telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi - konfransı keçiriləcək.

Sərginin fəaliyyət sahələri Big Data və biznes analitikasını, İT xidmətlərini, Əşyaların İnterneti və M2M-i, bulud texnologiyalarını, robot texnikasını, telekommunikasiya və peyk rabitə sistemlərini, TV və RKİ vasitələrini, smart cihazlar və aksessuarları, rəqəmsal biznes həllərini, bank texnologiyalarını, biznes proseslərin idarə edilməsini, audio-video sistemlərini və s. əhatə edir.

Sərgidə müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq. Las-Veqasdan “Pepper humanoid” robotu, robot balıqlar, dünyaca məşhur robot rəssam, müxtəlif sumo, güləş və dron yarışları, kosmo zonası, 6 metrlik uçan astronavt və robot pianoçu, eləcə də 20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq  qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.

Biletlər yalnız 5 və 6 dekabr tarixlərində “Robopark” üçün keçərlidir.

Expo mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı