Robot futbol komandası yaradılıb Noyabr 14, 2019 | 11:05 / Maraqlı məlumatlar

Massaçusets Texnologiya İnstitutu özünün şəhərciyində “Mini Cheetah” robot dəstəsinin gəzintisinin videosunu yayımlayıb. Avtomatik rejimdə və operatorların nəzarəti altında doqquz robotdan ibarət qrup robot şəhərciyin ətrafında gəzişib, futbol oynayıb və məşq ediblər.

Son bir neçə ildə “Cheetah” ailə robotları ciddi şəkildə inkişaf etdirilib. Onlar daha yüngül, yığcam və sərbəst hala gətiriliblər.

nanonewsnet.ru saytının məlumatına görə, bu qurğulara sıçrayış olmadan qaçmaq, maneələri kor-koranə aşmaq da öyrədilib.

Qeyd edək ki, institutunun mühəndisləri dörd ayaqlı “Mini Cheetah” robotunu mart ayında təqdim ediblər. Bu cihaz geri əyilmə edə, yüksəklikdən yıxıldıqda daha yumşaq şəkildə yerə eniş edə bilir, arxa tərəfə düşəndə isə yuvarlanır. Robotun kütləsi 9 kiloqramdır. O, saatda 8,8 kilometr sürətlə qaçmağı bacarır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı