Dünyada ilk veb səhifənin istifadəyə verilməsindən 29 il ötür Noyabr 13, 2019 | 05:29 /

1990-cı il noyabr ayının 13-də britaniyalı Tim Berners-Li tərəfindən dərc olunan dünyanın ilk veb səhifəsində "World Wide Web" texnologiyası haqqında məlumat təsvir edilib.
ferra.ru saytının verdiyi məlumata görə,Tim Berners-Li ilk veb səhifənin yaradan zaman "NEXT" şirkətinin adi fərdi kompüterindən istifadə edib.
Xatırladaq ki, Böyük Britaniyadan olan alim 2004-cü ildə İnternetin qlobal inkişafı naminə xidmətlərinə görə Kraliça II Yelizaveta tərəfindən “Cəngavər komandor” ordeni ilə təltif edilib.

Bundan başqa, Bratiniyanın “The Daily Telegraph” gündəlik qəzeti tərəfindən “Yüz yaşayan dahi”dən biri kimi tanınıb. O, YUNESKO-nun Nils Bor qızıl medalına və dünya ölkələrinin bir çox başqa yüksək səviyyəli orden və medallarına, təltif və mükafatlarına layiq görülüb.

“İnternetdəki səyahətiniz dünyaya təsir edir” – deyən Berners-Li, Oksford, Sent-Endrüs, Kataloniya Açıq Universiteti kimi dünyanın iyirmiyə yaxın ən nüfuzlu ali məktəbinin “fəxri professor”u seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı