Prezident İlham Əliyev və xanımı IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak ediblər Oktyabr 02, 2014 | 02:52 / Konfranslar, iclaslar

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

ictnews.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.

Bakı Beynəlxalq Humanitar Forumu humanitar əməkdaşlıq məsələlərinin ən geniş müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonaq iştirak edir.

Dövlət başçısı Forumun açılışında nitq söyləyib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark çıxış edib.

UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti göstərilib.

Daha sonra ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib.

Hazırda forum işini plenar iclasla davam etdirir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı