İlk dəfə dron vasitəsilə dərmanlar müştəriyə çatdırılıb Noyabr 08, 2019 | 02:45 / Maraqlı məlumatlar

“UPS Flight Forward” çatdırılma xidmətinin törəmə şirkəti pilotsuz təyyarənin köməyilə resept üzrə dərmanları birbaşa müştərinin evinə çatdırıb. Çatdırılma “CVS” apteki ilə əməkdaşlıq çərçivəsində, həmçinin pilotsuz uçan aparatlar üzrə ixtisaslaşmış “Matternet” logistik şirkəti ilə birgə həyata keçirilib.

hightech.fm saytının məlumatında bildirilir ki, uçuş avtonom şəkildə, lakin operatorun müşahidəsi altında həyata keçirilib. Şirkət nümayəndələri ümid edirlər ki, gələcəkdə belə pilotsuz uçan aparatlar fiziki imkanları məhdud müştərilərin dərman vasitələrini əldə etmələrini asanlaşdıracaq.

Pilotsuz təyyarələrin köməyilə çatdırılma prosesinin zəif inkişafı əsasən şirkətlərə operatorun birbaşa görmə xəttindən kənarda və ya Federal Aviasiya İdarəsinin lazımi icazəsi olmadan gecə vaxtı uçmağa imkan verməyən tənzimləmə məsələləri ilə bağlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı