Süni intellekt arxitektur layihələr yaratmağı öyrənib Noyabr 08, 2019 | 11:50 / Maraqlı məlumatlar

Karnegi Mellon Universitetinin alimləri ilk dəfə insanın köməyi olmadan yeni arxitektur formaların planlaşdırılması üçün süni intellektdən istifadə ediblər. Bununla yanaşı süni intellekt yalnız memarların hərəkətlərini izləyir, onları təhlil edir və zəruri olduqda onu öz layihələrində təkrarlayır.

Böyük layihə məsələlərinin yerinə yetirilməsi, qərarların qəbul olunması yaradıcılıq və tədqiqat yanaşmasını tələb edir. Məhz bu xüsusiyyətlər insanların maşınlardan üstün olan bacarıqları hesab olunur. Alimlər qeyd edirlər ki, mühəndislər süni intellekti bir çox arxitektur sahələrə tətbiq edirlər, lakin onlar sıfırdan yenisini yaratmaq əvəzinə problemləri müəyyən qaydalar çərçivəsində həll edirlər. Aparılan bu tədqiqatda süni intellekt təliminin yeni strukturu nəzərdən keçirilib.

hightech.fm saytının məlumatına əsasən, tədqiqat çoxsəviyyəli mühəndis-texniki məsələləri təşkil etdiyi üçün əsas istiqamət mürəkkəb strukturların problemlərinə yönəldilib. Buna görə süni intellekt vizual informasiya əsasında əlavə kontekst olmadan körpülərin dizaynının modifikasiyası üzrə işlərin gedişini müşahidə etməyi öyrənib. Tədqiqatçılar görmə qabiliyyətinin süni intellektin məsələləri necə qəbul və həll etməsinin ayrılmaz hissəsi olduğu üçün bu prosesdə vizuallaşdırmanın əhəmiyyətini vurğulayıblar.

Sistem proqnozlaşdırma üzərində işləyən bir çox dərin neyron şəbəkəsindən ibarət olub. Süni intellekt neyron şəbəkəsindən yararlanaraq bu təsvirlərin köməyi ilə alınmış informasiyadan istifadə edib, beş ardıcıl layihə gözdən keçirib və növbətini proqnozlaşdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı