Elastik “maus” və qeyri-adi klaviatura təqdim edilib Noyabr 07, 2019 | 11:55 / Texnoloji yeniliklər

Elastik qurğuların istehsalı yalnız smartfon seqmentinə deyil, həm də kompüter aksesuarları istehsalçılarına öz təsirini göstərib. “Microsoft” şirkəti ovuc forması şəklində bükülən orijinal “maus” təqdim edib. “Office 365” ofis paketinə sürətli girişə malik erqonomik klaviatura isə şirkətin ikinci yeniliyi olub.

4pda.ru saytının  məlumatına əsasən, aksesuarın formasının dəyişdirilməsi “Microsoft Mavic Arc Mouse” qurğusunun əsas özəlliyidir. “Microsoft” nümayəndələrinin sözlərinə görə, qurğu baqajda çox yer tutmadığına görə daşınma üçün mükəmməl vasitə hesab olunur.

“Maus” “Bluetooth 4.0/4.1” protokolu vasitəsilə kompüter və ya noutbukla sinxronlaşdırılır. Optik sensorun təsvir ölçüsü 1000 dpi təşkil edir. Aksesuar çəhrayı, yaşıl, mavi və qara kimi rənglərdə əlçatandır.

“Microsoft Kill” klaviaturası şirkətin ikinci yeniliyidir. İstifadəçinin mətni daha rahat daxil etməsi üçün klaviaturanın klavişləri əlverişli şəkildə yerləşdirilib. Uzun müddət mətnin yığılması zamanı barmaqların yorulmaması üçün aksesuarın erqonomikası mərkəzi hissədə tipik əyilməni də nəzərə alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı