Microsoft şirkəti “Supermen” filmini davamlı şüşə daşıyıcılarda lentə alıb Noyabr 07, 2019 | 08:50 / Texnoloji yeniliklər

Microsoft, “Project Silica”nın ilk böyük müvəffəqiyyəti haqqında məlumat verib. Mütəxəssislər 1978-ci ildə lentə alınan “Supermen” filminin tam rəqəmsal versiyasını ovuc içi ölçüsündə şüşə lövhəyə qeyd ediblər. Bundan sonra film yüz illər boyu heç bir dəyişiklik olmadan mövcud olacaq.

techcult.ru saytının məlumatına görə, verilənlərin saxlanması üçün kvarsın kristal formasından istifadə ideyası iki amillə bağlıdır. Birincisi, kvars saxlama zamanı pisləşməyən güclü və son dərəcə davamlı materialdır. İkincisi, bu həm ucuzdur, həm də geniş yayılıb.

Kvars üzərində qeyd olunan məlumat daimi olacaq və 3D lazer oymadan istifadə edilərək qeyd olunacaq. O, yenidən yazıla bilməz, ancaq zərər verilmədən sonsuz sayda köçürülməsi mümkündür.

Mütəxəssislər qeyd edir ki, şəxsin və ya onun bank hesabının qeydləri yalnız fəaliyyətinin tarixini izləmək üçün əlavə olunur və saxlanılır. Eyni hal şirkətlərin, dövlət xidmətlərinin, elmi qurumların arxivlərinə də aiddir. Hava müşahidələrinin petabaytlarını, keçmişin xəbərlərini, musiqi və video kitabxanalarını çox pul xərclənməyən sadə və ucuz mediada saxlamaq olar. Bununla günümüzdən başlayaraq bəşəriyyətin bütün tarixini qorumaq və gələcəyə ötürmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı