İngiltərədə dronların məcburi qeydiyyatı tətbiq edilib Noyabr 06, 2019 | 10:03 / Maraqlı məlumatlar

İngiltərə Mülki Aviasiya Təşkilatı, dronların 25 gün ərzində qeydiyyata almasını tələb edib. Bundan əlavə, cihazlar təhlükəsizlik kursu keçməli, sonra imtahan verməlidirlər. Qeydiyyat 9 funt sterlinqə başa gəlir.

high-tech.fm saytının məlumatına görə, pilotsuz təyyarənin özünün qeydiyyata alınmasından əlavə, onu idarə edən hər kəs nəzəri testdən keçməli və pilot sertifikatı almalıdır. İstənilən pilotsuz təyyarə sahibi 18 yaşdan yuxarı olmalıdır.

250 g-dan ağır dronlar üçün qeydiyyat məcburidir və 30 noyabr 2019-cu il tarixinədək tamamlanmalıdır. Qeydiyyata alınmayan pilotsuz təyyarənin sahibinə 1000 funt sterlinqədək cərimə tətbiq edilə bilər.

ABŞ-da istehsalçılar bu qadağanın qarşısını almaq məqsədilə xurma ölçülü dron hazırlayıblar. “Mavic Mini” adlı yeni dronun çəkisi 249 g təşkil etdiyi üçün xüsusi qeydiyyat tələb etmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı