İtkin düşmüş şəxsləri axtaran polis dronları hazırlanıb Noyabr 05, 2019 | 02:45 / Texnoloji yeniliklər

Şotlandiya polisi itkin düşmüş şəxslərin axtarışına kömək edə bilən yeni pilotsuz uçan aparatlar sistemini hazırlayıb. Uzaqdan idarə olunan aviasiya sistemi (RPAS) həm ən kiçik cisimləri, həm də diametri 150 metr olan obyektləri aşkar edə bilər.

bbc.com saytının məlumatına əsasən, dron insanı aşkar etmək üçün kamera və neyron şəbəkələrindən istifadə edir. Dronun proqram təminatı kifayət qədər yığcam olduğu üçün bu proqramı telefonda da işlətmək mümkündür.

“Pilotsuz təyyarə xüsusi sensorlarla təchiz edilib. Cihaza yüksək hündürlükdən kifayət qədər dəqiq görməyə imkan verən çox güclü optik kamera quraşdırılıb”, - deyə Şotlandiyanın polis inspektoru Nikolas Uayt bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı