“Ağıllı” əlcək astronavtlara dronları idarə etməyə kömək edəcək Noyabr 05, 2019 | 10:43 / Texnoloji yeniliklər

Yaxın vaxtlarda NASA (National Aeronautics and Space Administration) agentliyi Aya və Marsa uçuşlar üçün yeni skafandrlar təqdim edib. Lakin artan hərəkətlilik kosmonavtların kosmik obyektlərin səthindəki əlçatmaz yerlərdə kəşfiyyat aparmalarına imkan vermir. Bu zaman onlar dronların köməyindən istifadə etməli olurlar. Bu məqsədlə, astronavtların kostyumları idarəetmə pultlu xüsusi əlcəklərlə təchiz olunub. Cihazı sadə əl hərəkəti ilə idarə etmək mümkün olacaq.

4pda.ru saytının məlumatına görə, “ağıllı” əlcəyin dizaynı yer şəraitində jestlərin köməyi ilə dronlara idarə sistemini yaratmış Norveç startapı “Ntention”a əsasən hazırlanıb. NASA və SETI (Search for Extraterrestrial Intelligence) kosmik ehtiyaclar üçün texnologiyanı uyğunlaşdırıb. Yeni nəsil skafandrın prototipinə birləşdirilmiş yenilik artıq arktik şəraitdə sınaqdan keçirilib. O, əlin yüngül hərəkətlərini qeydə alan sensorlarla təchiz edilib. Mikrokontrollerdən gələn informasiya radio kanal üzrə operatorun jestlərinə reaksiya verən pilotsuz təyyarəyə ötürülür.

“NASA Haughton-Mars Project” layihəsinin rəhbəri doktor Paskal Linin sözlərinə görə, kosmik ekspedisiyaların bir hissəsi olaraq dronlar nümunələr toplamaq üçün planetlərdə kəşfiyyatçı, müfəttiş kimi və ya xilasetmə işlərində istifadə edilə bilər.

Qeyd edək ki, anoloji interfeysdən istifadə edərək yerüstü robotları da idarə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı