Bitkinin inkişaf prosesini müəyyən edən sinir şəbəkələri hazırlanıb Noyabr 04, 2019 | 04:36 / Maraqlı məlumatlar

Rusiyanın “Skolkovo Elm və Texnologiya İnstitutu”nun  (Skoltex) alimləri bütün xarici amilləri nəzərə alaraq bitki inkişafının təbiətini qiymətləndirmək və proqnozlaşdırmaq üçün neyron şəbəkələrini hazırlayıblar. Süni intellekt qidaya olan tələbatı və onun inkişaf prosesini öncədən müəyyən etmək parametrinə malikdir.

hightech.fm saytının məlumatına əsasən, alimlər bitkinin inkişaf prosesini proqnozlaşdırmaq və mövcud vəziyyətini təhlil etmək üçün sinir şəbəkələrini kompüterin görmə alqoritmləri ilə qarşılıqlı şəkildə işləyiblər. Sistem xarici “Intel Movidius” qrafik kartı olan “Raspberry Pi” kompüterinə əsaslanır. Cihazda 1990-cı illərin ortalarında superkompüterlərlə müqayisə olunan cəmi 1 vatt gücündə 150 giqaflop sürətlə işləyən kompakt və güclü “Myriad” 2 qrafik prosessorundan istifadə edilir.

Gələcəkdə alimlər bu kompüterləri geniş bazara çıxarmaq niyyətindədirlər. Onların sözlərinə görə, cihaz kənd təsərrüfatında monitorinq şəbəkələrinin yaradılması üçün əsas ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı