50 il sonra İnternet: proqram hüquqları və dövlətdən kənar həyat Noyabr 04, 2019 | 12:32 /

“Pew” tədqiqat mərkəzi müasir İnternetin sələfi olan Arpanet şəbəkəsinə kompüterlərin ilk dəfə qoşulmasının 50 illik yubileyi şərəfinə yüzlərlə İT mütəxəssisindən texnologiyanın yarım əsrdə necə olacağını təsəvvür etməklərini istəyib.

“İnternet və rəqəmsal həyat növbəti yarım əsrdə necə olacaq?” – sualı tədqiqatçılar tərəfindən innovator, istehsalçı, biznesmen, siyasətçi, elm adamları və fəallar kimi 530 respondentə ünvanlanıb.

hightech.plus saytının məlumatına əsasən, 72% dəyişikliklərin daha yaxşı olacağına inansa da  25% tamamilə əks fikirdə olub. Yalnız 3% heç bir əhəmiyyətli dəyişikliyin olmayacağına əmindir.

Optimistlər inanırlar ki, 50 ildə rəqəmsal texnologiyaların tərəqqisi ömrün daha uzun olmasına, asudə vaxtın artmasına, var-dövlətin və gücün daha da bərabər paylanmasına gətirib çıxaracaq və insanlara rifah üçün digər imkanlar veriləcək.

Bununla yanaşı, bütün ekspertlər vətəndaşların artan nəzarətindən, korporasiyalar və dövlətlər tərəfindən şəxsi məlumatların istifadəsi səviyyəsindən, bağlı cihazların kibertəhlükəsizliyinin pozulmasından və cəmiyyətin iqtisadi, eləcə də rəqəmsal bölgüsündən narahatlıqlarını ifadə ediblər.

Analitik Jerri Mixalski 2069-cu ilə qədər proqramların “hüquqları, şəxsiyyəti və məhdud məsuliyyəti” olacağını düşünür. Onun sözlərinə görə, əhalinin üçdə biri kriptovolyuta və paylanmış sistemlər sayəsində dövlətlərdən ayrılaraq müxtəlif hərəkətlərə, kollektivlərə və cəmiyyətlərə qoşulacaq.

“İnternetin atası” Tim Berners-Linin sözlərinə görə, bu texnologiya cəmiyyətdə bərabərsizlik və münaqişələr doğurur. O, bərabərsizlik və haqsızlığı gücləndirir, insanları bir-birindən ayırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı