3D-holoqramlar hazırlayan yeni printer təqdim olunub Noyabr 04, 2019 | 10:39 / Texnoloji yeniliklər

Tədqiqatçılar detallaşdırma və rəng reallığının görünməmiş səviyyəsi ilə rəqəmsal 3D-holoqramlar yaradan yeni printer hazırlayıblar. Bu printerdən muzey ekspozisiyaları, arxitektura maketləri, incəsənət əsərləri və ya reklamlarda yüksək ayırdetmə dəqiqliyində obyektlərin canlandırılması üçün istifadə edilir. Bundan əlavə, holoqramları görmək üçün eynək və ya xüsusi baxış vasitələri tələb olunmur.

Tədqiqat qrupunun rəhbəri İv Jenten qeyd edib ki, holoqrafik printerin yaradılması istiqamətində 15 il davam edən tədqiqat layihəsi əvvəlki texnologiyaların bütün üstünlüklərini özündə cəmləyərək bahalı lazerlər, aşağı çap sürəti, məhdud görüş sahəsi və dolğun olmayan rənglər kimi çatışmazlıqların aradan qaldırılmasına yönəlib: “Biz bunu geniş dinamik diapazonu əhatə edən yüksək keyfiyyətli rəngli holoqramların istehsalı üçün ucuz ticarət lazerlərindən və yüksək sürətli çapdan istifadə edən “CHIMERA” printerini hazırlamaqla yerinə yetirdik”.

Tədqiqatçılar xüsusi fotoqrafiya materiallarında geniş baxış sahəsi və tam parallaks olan holoqramlar meydana gətirən yeni printeri təsvir ediblər. Tam parallaks holoqramları obyekti bütün istiqamətlərdə 120 dərəcəlik görüş sahəsi ilə görünən şəkildə bərpa edir.

hightech.fm saytının məlumatına görə, printer tədqiqatçılar tərəfindən hazırlanmış xüsusi qurğunun köməyi ilə alınan 3D kompüter modelləri və ya skanlar əsasında holoqramlar yaradacaq.

“CHIMERA” printeri hər lazer üçün ekspozisiyanı bir neçə millisaniyə ərzində nizama salan qırmızı, yaşıl və göy zəif lazerlərdən istifadə edir. Tədqiqatçılar proyeksiya zamanı holoqrafik lövhənin yerdəyişmədən müdafiəsi üçün xüsusi vibrasiya əleyhinə mexaniki sistem də hazırlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı