İnstitutun əməkdaşları beynəlxalq səviyyəli təlimlərdə iştirak ediblər Noyabr 01, 2019 | 12:49 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “Juniper Networks” şirkətinin şəbəkə avadanlığının istismarı və konfiqurasiya olunması işləri ilə bağlı keçirdiyi “Junos Enterprise Switching”, “Introduction to the Junos Operating System”“Junos Intermediate Routing” adlı təlimlərində iştirak ediblər.

Qeyd edək ki, təlimlər Pan-Avropa Elm və təhsil şəbəkəsi olan GEANT (Gigabit European Advanced Network Technology) təşkilatının “EaPConnect” – Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin kompüter şəbəkəsi” layihəsi çərçivəsində keçirilib.

Təlimləri uğurla başa vuran AzScienceNet əməkdaşları – institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, 4 saylı şöbəsinin baş mütəxəssisləri Tural MustafayevOqtay Ələkbərov, eləcə də  AzScienceNet-in əməkdaşları Məlikhəsən Vəliyev, Təbriz Ağaşov, Orxan Mənsimzadə müvafiq sertifikatlar əldə ediblər.

Xatırladaq ki, “Juniper Networks” məhsulları korporativ və operator şəbəkələrinin, eyni zamanda məlumat mərkəzi şəbəkə infrastrukturlarının qurulmasında geniş istifadə olunur. “Juniper Networks” şirkətinin təlimlərində iştirak edən və sertifikat qazanan mütəxəssislər Juniper avadanlıqlarını korporativ və daşıyıcı şəbəkələrdə istismar etməkdə real təcrübəyə malikdirlər.

Bu səbəbdən, institut əməkdaşlarının beynəlxalq səviyyəli bu təlimləri uğurla başa vurması AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və şəbəkəyə xidmətin keyfiyyətini artırılmasına zəmin yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı