ABŞ-da kreditlə alınmış avtomobillər “ölüm düyməsi” ilə təchiz olunur Oktyabr 01, 2014 | 05:06 / Texnoloji yeniliklər

ABŞ-da kreditlə alınmış 2 milyona yaxın avtomobil məsafədən blok funksiyası ilə təchiz olunub. Bu üsulla banklar kreditlərini vaxtında ödəməyən məsuliyyətsiz avtomobil sahibləri ilə mübarizə aparmağa başlayıblar.

ABŞ-da mühərrikin distant blok edilməsi sistemi ilə təchiz olunmuş avtomobillərin sayı artmaqdadır. Bu kimi qurğuların müsbət cəhətləri olsa da, onlardan qanuni istifadə məsələsi sual altındadır. Belə ki, avtomobilin blok edilməsi ciddi yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.

The New York Times” qəzetinin bildirdiyinə görə, əgər avtomobil sahibinin kredit borcu varsa, belə olan halda maşında quraşdırılmış aparat işıq və səs siqnalları vasitəsilə ödənişin edilməli olduğu haqda xəbərdarlıq edir. Kreditorun qərarından asılı olaraq o, maşının motorunu məsafədən söndürə bilər. Bu əməliyyat istənilən vaxt həyata keçirilə bildiyi üçün sürücünü çıxılmaz vəziyyətdə qoya da bilər. ABŞ-da avtomobil hərəkət etdiyi zaman sistemin aktiv edilməsi nəticəsində artıq bir sıra insidentlər qeydə alınıb.  

cnews.ru saytının verdiyi xəbərə görə, bəzi “ölüm düymələri” GPS-modullarla komplektləşdirilir ki, onun vasitəsilə kreditorlar avtomobillərin yerləşdiyi yeri izləyə və şəhərin daha təhlükəsiz yerlərində söndürə bilərlər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı